Noyabrın 24-də hava NECƏ OLACAQ?

Noyabrın 24-də hava NECƏ OLACAQ?
12:43

Noyabrın 24-də Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi  əsəcək.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq.  Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq. 


Sizin reklam burada
Sizin reklam burada