Növbəti İran-ABŞ görüşü olacaq?

Növbəti İran-ABŞ görüşü olacaq?
16:25

İran Xarici İşlər Nazirliyi ABŞ ilə görüşlərlə bağlı yeni açıqlama verib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, qısa müddət öncə Pakistan mənbələri tərəfindən İranın ABŞ ilə yenidən danışıqlara başlayacağı bildirilmişdi, lakin İran tərəfindən verilən açıqlama bu məlumatı təkzib edib. İran Xarici İşlər Nazirliyi ABŞ ilə hazırda planlaşdırılan bir danışıqların olmadığını açıqlayıb.


İran Xarici İşlər Nazirliyi, "Hazırda ABŞ ilə ikinci mərhələ danışıqları üçün hər hansı bir plan yoxdur" - deyə açıqlama verib.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəkayi, "ABŞ diplomatik prosesi izləməkdə ciddi olmadığını göstərdi, atəşkəsi pozdu və təcavüzkar mövqe sərgilədi. ABŞ İranı ittiham etmək oyununu oynayır" - deyib.


Sizin reklam burada
Sizin reklam burada