Nikol Paşinyan parlament seçkilərində səs verdi

Nikol Paşinyan parlament seçkilərində səs verdi
10:35

Ermənistanın Baş naziri və "Vətəndaş Müqaviləsi" partiyasının lideri Nikol Paşinyan İrəvanda keçirilən parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Bu barədə Ermənistanın yerli kütləvi informasiya vasitələri məlumat yayıb.
 

Hökumət başçısı paytaxt İrəvandakı seçki məntəqələrindən birinə gələrək səs verib. O, səsvermədən sonra jurnalistlərə qısa açıqlama verib, lakin seçkilərin gedişatı və gözlənilən nəticələr barədə ətraflı şərh verməkdən çəkinib.


Qeyd edək ki, bu seçkilər Ermənistanın gələcək siyasi kursunun və daxili sabitliyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə daxilində və xaricində fəaliyyət göstərən bir çox müşahidəçi missiyaları prosesi yaxından izləyir.


Sizin reklam burada
Sizin reklam burada