Nəsimidə bayram günlərində qanunsuz tikinti iddiası – Rəsmi qurumlar susur

Nəsimidə bayram günlərində qanunsuz tikinti iddiası – Rəsmi qurumlar susur
21 Mar 2026 10:31

News365.az AzTimes.az-a istinadən  xəbər verir ki, bayram günlərindən istifadə olunaraq paytaxtın Nəsimi rayonunda növbəti qanunsuz tikinti aparıldığı iddia edilir.

İddialara görə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgər oğlu Budaqovun razılığı ilə rayon ərazisində – Hüseynbala Əliyev küçəsində yeni obyektin inşasına start verilib. Məlumatlarda qeyd olunur ki, sözügedən tikinti işlərinə Nəsimi rayonu üzrə fəaliyyət göstərən 41 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Mirnazir Əliyev nəzarət edir.

Adının açıqlanmasını istəməyən ərazi sakinlərinin bildirdiyinə görə, tikilən obyektin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yüksək vəzifə tutan şəxslərdən birinə məxsus olduğu iddia olunur. Sakinlər həmçinin qeyd edirlər ki, tikinti işləri aparılarkən ətraf mühitə və yaşayış normalarına riayət olunmur, bu da narazılığa səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həmçinin Nəsimi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumların rəsmi açıqlamalarını dərc etməyə hazırıq.

Qeyd edək ki, qanunvericiliyə əsasən, hər hansı tikinti işinin aparılması üçün müvafiq icazələrin alınması və layihənin təsdiqi vacib şərtlərdən hesab olunur. Əks halda belə tikililər qanunsuz hesab edilir və məsuliyyət yaradır.

Mövzunu diqqətdə saxlayacağıq.


Sizin reklam burada
Sizin reklam burada