Doğranmış baton çörəkləri ən azı 20 qəpik ucuzlaşıb.
News365.az xəbər verir ki, doğranmış baton çörəkləri (kəpəkli və kəpəksiz) əksər super marketlərdə 1 manat 15 qəpiyə təklif olunurdu. “Bazarstore” və digər marketlərdə isə kəpəkli baton çörəyi 1 manat 25 qəpiyə satılırdı.
Ötən gündənsə kəpəkli və kəpəksiz doğranmış baton çörəkləri 95 qəpiyə təklif edilir.
Qeyd edək ki, bu çörəklərin qiyməti bir neçə ay əvvəl qaldırılmışdı.
News365.az