Neftin qiyməti 101 dolları keçdi

Neftin qiyməti 101 dolları keçdi
09:12

Dünya bazarlarında neftin qiyməti 1 dollardan çox artıb.

News365.az
 xəbər verir ki, ICE birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,23% və ya 1,23 ABŞ dolları artaraq bir barel üçün 101,29 ABŞ dollarına yüksəlib.

NYMEX birjasında isə WTI markalı neftin iyun fyuçersləri 0,64% və ya 0,61 ABŞ dolları bahalaşaraq bir barel üçün 95,42 ABŞ dolları olub.

Analitiklərə görə, neft qiymətlərinin artmasına səbəb ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatları, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və Hörmüz boğazında tədarük riskləri ilə bağlı narahatlıqlar olub.


Sizin reklam burada
Sizin reklam burada