"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək
09:41

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Turan Tovuz" öz meydanında "Karvan-Yevlax"ı sınağa çəkəcək. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq.

Digər matçda isə "Neftçi" "Palms Sports Arena"da "Şamaxı" ilə qarşılaşacaq. Oyunun start fiti saat 19:30-da səslənəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 1:0, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib, "Qəbələ" "Qarabağ"la 1:1, "İmişli" isə "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.



Sizin reklam burada
Sizin reklam burada