Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur

Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur
23 İyn 2026 22:15

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənliyə ehtiyac yoxdur, lakin onlar uyğun vaxtda ölkənin nüvə obyektlərinə baş çəkəcəklər.

News365.az xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Tələskənlik yoxdur. Amma onlar lazım olan vaxtda orada olacaqlar”, – deyə ABŞ Prezidenti qeyd edib.

İran tərəfinin belə bir razılaşmanın olmadığını bildirməsinə münasibət bildirən Tramp onların yanıldığını söyləyib.

“Onlar yanılırlar. Özləri də bunun fərqindədirlər”, – deyə Tramp vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada