Tramp: Livanda bunun olacağına inanıram

Tramp: Livanda bunun olacağına inanıram
23 İyn 2026 23:20

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin nəticə etibarilə reallığa çevriləcəyinə inandığını bildirib.

News365.az xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatının Redinq şəhərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderindən Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalarda nəzərdə tutulduğu kimi Livanda atəşkəsin mümkün olub-olmadığı soruşulub.

“Görəcəyik. Baxın, onlar uzun illərdir, onilliklərdir bir-biri ilə müharibə aparırlar. Amma düşünürəm ki, bu işləyəcək”, – deyə Tramp bildirib.


Sizin reklam burada
Sizin reklam burada