Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb

Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb
23 İyn 2026 23:40

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA


Sizin reklam burada
Sizin reklam burada