Azərbaycanda AĞIR QƏZA - Ölən var

Azərbaycanda AĞIR QƏZA - Ölən var
09:20

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada