Neftçalada erkən nikahın qarşısı alınıb

Neftçalada erkən nikahın qarşısı alınıb
24 Okt 2025 20:40

Oktyabrın 24-də Neftçala rayonu ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News365.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.


Sizin reklam burada
Sizin reklam burada