Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb, 17 nəfər ölüb

Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb, 17 nəfər ölüb
24 Okt 2025 22:40

Egey dənizinin Türkiyəyə aid hissəsində, Bodrum sahillərinə yaxın bölgədə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 17-ə çatıb.

News365.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, iki nəfər xilas edilib.

Axtarış-xilasetmə tədbirlərinə 77 nəfərlik şəxsi heyət cəlb olunub.


Sizin reklam burada
Sizin reklam burada