Almaniya Türkiyəyə "Eurofighter" qırıcı təyyarələrinin satışına mane olmayacaq.
News365.az xəbər verir ki, bunu "Airbus"ın müdafiə və kosmos üzrə baş icraçı direktoru Mişel Şoellhorn Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.
O bildirib ki, bu barədə müzakirələr artıq son mərhələyə yaxındır.
Baş icraçı direktor müzakirələrin nəticə verəcəyinə dair ümidli olduğunu bildirib.
M. Şoellhorn onu da deyib ki, Avropa müdafiə xərclərini artırmalıdır.