Bodrum açıqlarında faciə: 14 miqrant həlak oldu, 2 nəfər xilas edildi

Bodrum açıqlarında faciə: 14 miqrant həlak oldu, 2 nəfər xilas edildi
16:55

Muğlanın Bodrum rayonunun açıq sularında baş verən gəmi qəzası nəticəsində 14 qanunsuz miqrant həlak olub, 2 nəfər sağ xilas edilib.

News365.az xəbər verir ki, hadisə Ortakent açıqlarında qeydə alınıb. Qanunsuz miqrantların olduğu qayıq batdığı barədə məlumat daxil olduqdan sonra əraziyə 4 Sahil Mühafizəsi qayığı, dalğıc qrupu, helikopter və çoxsaylı xilasedici qüvvələr cəlb olunub.

Axtarış-xilasetmə əməliyyatı zamanı suda boğulmaq təhlükəsi keçirən 2 nəfər miqrant xilas edilib.

Muğla Valiliyinin açıqlamasında bildirilib ki, 24 oktyabr saat 01:06-da 112 Təcili Çağrı Mərkəzinə daxil olan məlumat əsasında Bodrum rayonunun Ada Burnu ərazisində sahildə yerləşən qayalıq bölgədə Əfqanıstan vətəndaşı olan bir şəxs kömək istəyib.

Həmin şəxs ilkin ifadəsində bildirib ki, Bitez bölgəsindən rezin qayıqla dənizə çıxıblar, təxminən 10 dəqiqə sonra qayıq su almağa başlayıb və batıb. Qayıqda ümumilikdə 18 nəfər olub, o isə təxminən 6 saat üzərək sahilə çıxıb.

Axtarışlara əlavə qüvvə cəlb edilib — bölgəyə daha bir helikopter və əlavə Sahil Mühafizəsi qayığı göndərilib. Nəticədə biri Çələbi adasına üzərək çıxan olmaqla iki nəfər sağ tapılıb, 14 nəfərin isə cansız bədəni sudan çıxarılıb.

İtkin düşdüyü ehtimal edilən digər miqrantların axtarış-xilasetmə işləri 4 Sahil Mühafizəsi qayığı, dalğıc qrupu və helikopterin iştirakı ilə davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada