ABŞ administrasiyası Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
News365.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bəyanatında deyilir.
Bu həftənin əvvəlində Petro "Univision"a müsahibəsində bildirib ki, dünya ya ABŞ prezidenti Donald Trampı dəyişməli, ya da ondan qurtulmalıdır.
Bu fikirlərə münasibət bildirən Tramp kolumbiyalı həmkarını "quldur və pis insan" adlandırıb və onu açıqlamalarında diqqətli olmağa, əks halda ABŞ administrasiyasının ciddi addım atacağını bildirib.