ABŞ-da keçmiş top-menecer Rusiyaya gizli məlumat satmaqda ittiham olunur

ABŞ-da keçmiş top-menecer Rusiyaya gizli məlumat satmaqda ittiham olunur
18:40

ABŞ-da hökumət üçün çalışan podratçı şirkətin keçmiş rəhbəri Peter Uilyams Rusiyaya 1,3 milyon dollar müqabilində kommersiya sirlərini satmaqda şübhəli bilinir.

News365.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, Uilyams 2022-ci ilin aprelindən 2025-ci ilin iyununadək iki şirkətə məxsus səkkiz kommersiya sirrini oğurlayıb və onları Rusiya vətəndaşına satmağa cəhd edib. Bu məlumatlar vasitəsilə Rusiya ABŞ və digər ölkələrin kəşfiyyat orqanları tərəfindən istifadə edilən xaker texnologiyalarına çıxış əldə edə bilərdi.

Mütəxəssislər hesab edirlər ki, bu, federal sistemlərə qarşı hücum riskini artırır və eyni zamanda Rusiyanın kiber müdafiə qabiliyyətini gücləndirə bilər.

ABŞ prokurorları iddia edir ki, hazırda axtarışda olan Uilyams məlumatların satışından 1,3 milyon dollar gəlir əldə edib.


Sizin reklam burada
Sizin reklam burada