Gəncədə yaşayan tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.
News365.az-ın məlumatına görə, vəkil avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirməkdə şübhəli bilinir.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb.
Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 aylıq dayandırlıb.
