Ağ Ev Trampın təhlükəsizliyindən NARAHATDIR

Ağ Ev Trampın təhlükəsizliyindən NARAHATDIR
17:30

ABŞ prezidenti Donald Trampın təhlükəsizlik xidməti, sentyabrın 9-da baş verən insidentdən sonra ciddi təzyiq altına düşüb.

News365.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Belə ki, Vaşinqtondakı restoranların birində prezident masada oturarkən bir qrup nümayişçi ona yaxınlaşaraq, "Kolumbiya dairəsini azad edin!" "Fələstini azad edin!" "Tramp dövrümüzün Hitleridir!" kimi şüarlar səsləndirib.

Ağ Ev əməkdaşları dərhal müdaxilə edərək etirazçıları geri çəkiblər.

Ağ Ev Aparatının rəhbəri Syuzan Uayls baş verənlərdən narazılıq ifadə edərək, Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə ciddi söhbət aparıb və vurğulayıb ki, belə hallara yol verilməməlidir. Xüsusi narahatlıq isə ondan ibarət olub ki, etirazçıların yaxınlığında restoran masalarında bıçaqlar olub.

Təhlükəsizlik Xidmətinin nümayəndəsi qeyd edib ki, prezidentin gəlişindən əvvəl bütün restoran ziyarətçiləri, o cümlədən etirazçılar, yoxlanışdan keçib. Bununla belə, administrasiya hesab edir ki, bu insident dövlət başçısının təhlükəsizlik sistemindəki mövcud zəifliyi açıq şəkildə göstərir.


Sizin reklam burada
Sizin reklam burada