Anar Əsədli məhkəmə zalında həbs edilib

Anar Əsədli məhkəmə zalında həbs edilib
24 Okt 2025 19:22

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


News365.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib və Anar Əsədli məhkəmə zalında həbs edilib.

Növbəti proses 28 noyabra təyin edilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada