İmamoğlu təqsirsiz hesab edildi

İmamoğlu təqsirsiz hesab edildi
17:43

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu haqqında “tender saxtakarlığı” ittihamı üzrə məhkəmədə bəraət alıb.

News365.az xəbər verir ki, İmamoğlu Beylikdüzü bələdiyyə başçısı olduğu dövrlə əlaqədar açılmış cinayət işi çərçivəsində bu gün hakim qarşısına çıxıb.

Məhkəmənin qərarına əsasən, İmamoğluna “tender saxtakarlığı” ittihamı üzrə bəraət verilib.

Qeyd edək ki, İmamoğluna qarşı irəli sürülən digər ittihamlarla bağlı məhkəmə prosesləri davam edir.


Sizin reklam burada
Sizin reklam burada