Xersonda dəhşətli hücum: Uşaqlar da yaralandı, iki nəfər həlak oldu

Xersonda dəhşətli hücum: Uşaqlar da yaralandı, iki nəfər həlak oldu
16:50

Ukraynanın Xerson vilayətində Rusiya ordusunun hücumu nəticəsində faciə yaşanıb.

News365.az xəbər verir ki, Korabelnı rayonu intensiv artilleriya atəşinə tutulub, nəticədə iki nəfər həlak olub, azı 21 nəfər yaralanıb. Yaralananlar arasında üç uşaq da var.

“RBK-Ukrayna”nın məlumatına görə, vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlamasında bildirib ki, atəş nəticəsində çoxmənzilli binalar, fərdi evlər, eləcə də ictimai nəqliyyat vasitələri – trolleybus və marşrut avtobusu ciddi zərər görüb.

Hazırda hadisə yerində xilasedicilər və tibbi xidmət əməkdaşları axtarış və yardım işlərini davam etdirirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada