Müəllimlərin işə qəbulu (MİQ) imtahanında keçmiş məcburi köçkünlərə də güzəşt edilsin.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər zaman məcburi köçkünlərə diqqət edib, hətta onlar ata-baba yurduna qayıdandan sonrakı 3 ildə də nəzərdə tutulan güzəştlərdən istifadə edirlər.
Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanun layihəsinə nəzərdə tutulan dəyişikliyə əsasən müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.