Yaşıl işıq yanan kimi siqnal verən şəxsi güllələdi

Yaşıl işıq yanan kimi siqnal verən şəxsi güllələdi
17:23

ABŞ-də qadın yaşıl işıqda siqnal verdiyi üçün kişini güllələyib.

News365.az xəbər verir ki, qadın ona siqnal verdiyi üçün kişini odlu silahla öldürüb.

Polisin məlumatına görə hadisə yol kəsişməsində baş verib. Kentrell Settls adlı kişi işıqforun yaşıl işığı yandığı halda hərəkət etməyən sürücü Debora Benefielə siqnal verib və sonra onun avtomobilini ötüb keçib. Bundan qəzəblənən qadın həmin avtomobilin arxasınca düşərək kişi ilə mübahisə edib və bir neçə dəfə atəş açıb. Güllələrdən biri Kentrellin sinəsinə dəyib, ürəyini və ağciyərini zədələyib.

Hadisə zamanı maşında olan Kentrellin sevgilisi hər şeyi görüb və polisə qadının kimliyini müəyyənləşdirməyə kömək edib. Hadisədən sonra Benefiel hadisə yerindən qaçsa da, avtomobil nömrələrinin skan edilməsi sistemi vasitəsilə qısa müddətdə tapılıb. O, anası və iki nəfərlə birlikdə yanacaqdoldurma məntəqəsində saxlanılıb.

Onun avtomobilində və evində aparılan axtarış zamanı ikinci odlu silah da aşkarlanıb.

Məhkəmə Debora Benefielin həbsinə dair qərar verib. Növbəti məhkəmə iclası 4 noyabr 2025-ci il tarixində keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada