Naxçıvana gedən təyyarələrlə bağlı VACİB XƏBƏR

Naxçıvana gedən təyyarələrlə bağlı VACİB XƏBƏR
09:43

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən News365.az-a daxil olan xəbərə görə, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaq.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.



Sizin reklam burada
Sizin reklam burada