Ukraynalı miqrantlar qara fəhlə kimi Avropa şirkətləri üçün cazibədar olublar. Ukraynalılara viza vermək üçün onlara təmizlikçi və anbar fəhlələri kimi ağır işlər olmaq təklif olunur. Bunu sosial şəbəkələrdə açıq məlumatları tədqiq edən xarici KİV yazıb.
Qeyd olunub ki, Ukrayna vətəndaşlarını Avropada işləmək üçün işə götürən agentliklər onlara ən çox ixtisas, təhsil və ya dil biliyi tələb etməyən vakansiyalar təklif edirlər. Məsələn, miqrantlara Latviyada aksiz markaları yapışdırmaq, Çexiyadakı anbarlarda mal çeşidləmək, Polşada "Kinder Surprise" yumurtalarını qablaşdırmaq, Hollandiyada otel və ya düşərgələri təmizləmək təklif olunur.
O da bildirilir ki, sosial şəbəkələrdə kənd təsərrüfatı sahəsinə işçilər cəlb edən hesablar da var və elanlarda bu işin xüsusi olaraq Ukrayna vətəndaşları üçün olduğu göstərilir. Onlara Finlandiya, Fransa və Belçikada tərəvəz toplamaq və çeşidləmək təklif olunur, bundan əlavə, ukraynalılara Avropa ölkələrinin tarlalarında və istixanalarında əl əməyi təklif olunur.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra yüz minlərlə insan Avropaya miqrasiya edib. Onların çoxu qaçqın statusu alıb.
Tural