Müftilik Dağıstanda şahmatı qadağan edib? -FOTO

Müftilik Dağıstanda şahmatı qadağan edib? -FOTO
10:25

Dağıstan Müftiliyi respublikada şahmatın qadağan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib. Bu barədə dini qurumun Telegram-kanalında dərc olunan bəyanatda məlumat verilib.

“Müftilik belə məzmunlu fətva verməyib və bu məlumatları təxribat cəhdi kimi qiymətləndirir”, - paylaşımda yazılıb.

Sosial şəbəkələrin Dağıstan seqmentində respublikanın rəhbəri Sergey Melikovun “Dağıstan Respublikası müftiliyinin alilər şurasının qərarını yerinə yetirmək üçün” regionda şahmat oynamağa qadağa qoyulması ilə bağlı iddia edilən “fərmanı”, habelə vilayət müftilikləri və federasiyaların müdirlərinə yazdığı iddia edilən məktubu yayılıb. "Məktub"da bütün şahmat bölmələrinin bağlanmasını, turnirlərin və digər tədbirlərin ləğv edilməsini tələb edilir.

Tural


Sizin reklam burada
Sizin reklam burada