ABŞ-də "dərin dövlət"in sonu gəldi?

ABŞ-də "dərin dövlət"in sonu gəldi?
10:15

ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strukturunu “dərin dövlət” kimi görür. Məhz bu səbəbdən onlar bu strukturda genişmiqyaslı reorqanizasiya həyata keçirirlər. Bu barədə "Axios" məlumat yayıb.


Nəşr qeyd edib ki, Tramp və Rubio Milli Təhlükəsizlik Şurasının hazırkı administrasiyanın fəaliyyətini onların fikirlərinə zidd hesab edirlər.

Məqalədə deyilir: “Milli Təhlükəsizlik Şurası əsl dərin dövlətdir. Marko isə dərin dövlətə qarşı çıxır”.

"Axios" jurnalistinin fikrincə, restrukturizasiyadan sonra Milli Təhlükəsizlik Şurasını vəzifələri ABŞ siyasətinin həyata keçirilməsi deyil, daha çox koordinasiya və məsləhətlər vermək olacaq.



Tural


Sizin reklam burada
Sizin reklam burada