Bu rayonlara leysan yağır

Bu rayonlara leysan yağır
12:06

Ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.   

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir. 

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir. 

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada