Taylandda polis helikopteri qəzaya uğrayıb.
News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Praçuap Khiri Xan əyalətində təlim uçuşu həyata keçirən “Bell 212” helikopteri dünən yerli vaxtla saat 13:00 radələrində Wing 5 Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.
Qəzada 3 nəfərin həlak olduğu bildirilib.
Səlahiyyətlilər qəza ilə bağlı istintaq başladıldığını açıqlayıb.