15 il bronxlarında toyuq sümüyü ilə yaşadı

15 il bronxlarında toyuq sümüyü ilə yaşadı
09:50

Rusiyada maraqlı hadisə baş verib. Belə ki, Tverin 6 saylı şəhər xəstəxanasının həkimləri bronxlarında toyuq sümüyü ilişib qalan xəstəni xilas ediblər. Bu barədə Tver İnformasiya Agentliyi məlumat yayıb.


"57 yaşlı xəstə öskürək, təngnəfəslik və qızdırma şikayətləri ilə tibb müəssisəsinə müraciət edib. Onda pnevmoniya nəticəsində plevra boşluğunda irin toplanması aşkar edilib. Lakin döş qəfəsinin Komüter Tomoqrafiyası (KT) müayinəsi zamanı aşağı hissənin sol bronxunda yad cisim aşkar edilib. Diaqnozu təsdiqləmək üçün bronxoskopiya aparılıb və bronxun lümenində iltihablı toxuma ilə əhatə olunmuş sıx formalaşma aşkarlanıb", - deyə məlumatda qeyd edilib.

Bronxoskopdan istifadə edərək yad cisim daxili orqandan çıxarılıb. Məlum olub ki, bu, ağciyərinə ilişib qalmış toyuq sümüyü imiş.O da məlum olub ki, təxminən 15 il əvvəl kişi toyuq tikəsini diri şəkildə udub və bir müddət nəfəs almaqda çətinlik çəkibmiş. Lakin o, həkimə müraciət etməyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada