Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində "Gezi Parkı" hadisələri ilə bağlı açılmış məhkəmə prosesində hökm çıxarılıb.
Bildirilir ki, aktyorlar və onların meneceri Ayşe Barım "Gezi Parkı" istintaqı çərçivəsində yalan ifadə verməkdə ittiham olunublar. Məhkəmə Halit Ergençi 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, məhkəmə hökmün icrasını təxirə salıb. Bu isə o deməkdir ki, müəyyən şərtlər daxilində müttəhimlərlə bağlı qərar dəyişdirilə bilər