Rusiyanın çoxməqsədli biryerlik qırıcısı Su-57, mahiyyətcə ikinci pilot sayılan süni intellekt köməkçisi ilə təchiz edilib. Bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar “Rosoboroneksport”dakı mənbəyə istinad ediblər.
"Rusiya Birləşmiş Aviatikinti Korporasiyası (OAK) Suxoy Su-57 çoxməqsədli bir yerlik stels-qırıcısının pilotlarına dəstək olmaq üçün maşına süni intellekt (AI) sistemi tətbiq edib", - agentliyin mənbəsi qeyd edib.
Onun sözlərinə görə, kritik anlarda pilota məsləhətlət verəcək bu sistem digər ölkələrə də ixrac olunacaq. Süni intellektin köməyi ilə pilot döyüş ssenarilərində silahdan istifadə kimi daha vacib vəzifələrə diqqət yetirə biləcək.
Tural