Ukrayna münaqişəsinin sona çatması üçün dörd ssenari

Ukrayna münaqişəsinin sona çatması üçün dörd ssenari
09:20

Ukraynadakı münaqişə dörd ssenaridən biri ilə bitə bilər. Belə bir qənaətə məşhur "JPMorgan Chase"in analitikləri gəliblər.


Mütəxəssislər “Gürcüstan ssenarisi” adlandırılan ssenarini 50% şansla ən çox ehtimal edilən sonluq hesab edirlər. Belə olan halda hərbi əməliyyatlar dondurulacaq, lakin bölgəyə sülh gəlməyəcək. Ukrayna etibarlı təhlükəsizlik zəmanəti də almayacaq, beynəlxalq dəstək zəifləməyə başlayacaq. Avropa İttifaqı(Aİ) və NATO-ya daxil olmaq perspektivləri xeyli azalacaq və ölkə sonda yenidən Rusiyanın təsiri altına düşə bilər.

Hadisələrin daha az ehtimal olunan, lakin daha əlverişli inkişafı isə 20% ehtimalla “İsrail ssenarisi” ola bilər. Bu ssenari Qərb müttəfiqlərindən Ukraynaya aktiv və davamlı hərbi və iqtisadi dəstəyi nəzərdə tutur. Ukrayna ərazisində xarici qoşunlar yerləşməsə də, ölkə ordusunu gücləndirə və xarici təhlükələri dəf etməyə qadir güclü müdafiə mexanizmləri yarada biləcək.

Analitiklərin 15% qiymətləndirdiyi “Cənubi Koreya ssenarisi” ən yaxşı sonluq hesab olunur. Belə olan halda Ukrayna NATO-ya üzv olmayacaq və işğal edilmiş bütün ərazilər də geri qaytarılmayacaq. Lakin bunun nəzarətində ölkənin qalan hissəsində Avropa təhlükəsizlik qüvvələri yerləşdiriləcək. Birləşmiş Ştatlar yardım və kəşfiyyat dəstəyi verəcək ki, bu da ölkəyə davamlı inkişaf və bərpa şansı verəcək. Bu halda, dondurulmuş Rusiya aktivlərinin istifadəsi proseslərdə mühüm rol oynayacaq. Ekspertlərin fikrincə, bu amil ölkənin bərpası üçün maliyyə təməli ola bilər.

"JPMorgan" 15% dəyərləndirilən “Belarus ssenarisini” ən əlverişsiz variant adlandırıb. Əgər ABŞ Ukraynaya dəstəyi dayandırsa və Aİ onun yerini tuta bilməsə, Rusiya bu ölkəni bir növ tam vassal dövlətinə çevirərək və nəzarəti 100 faiz təmin edə biləcək. Belə bir nəticə Moskvanın faktiki qələbəsi, Qərb dünyasında parçalanma və İkinci Dünya Müharibəsindən sonra yaranmış qlobal nizamın sarsıdılması demək olardı.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada