Avroviziya təmsilçimiz Dilarə Kazımova görüntüsü ilə diqqət çəkib.
Paytaxt məkanlarının birində səhnə alan pop ifaçısının geyim tərzi müzakirələr yaradıb.
Müğənninin dərin yarıqlı libası və "top" tərzi sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.
Dilarənin sözügedən videosunun şərh bölümünə çoxsaylı tənqidli şərhlər gəlib. İzləyicilərin bəziləri isə onun səhnə adamı olmasına əsas gətirərək, Kazımovaya dəstək çıxıblar.