AZAL təyyarəsi qəzasında şok detallar – Araşdırmanın ikinci mərhələsi başladı

AZAL təyyarəsi qəzasında şok detallar – Araşdırmanın ikinci mərhələsi başladı
13:29

Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın ikinci mərhələsi aparılır. 

News365.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib. 

Onun sözlərinə görə, artıq məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu araşdırırlar.  "Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ - toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik.

Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar", - M.Karabayev qeyd edib.  Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.  Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.


Sizin reklam burada
Sizin reklam burada