Dağıstanın rəhbərinə 8 il iş kəsildi

Dağıstanın rəhbərinə 8 il iş kəsildi
09:29

Ukrayna məhkəməsi Dağıstan Respublikasının rəhbəri Sergey Melikovu Rusiyanın xüsusi hərbi əməliyyat (SVO) adlandırdığı müharibədə iştirak edənlərə yardım etməsinə görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Çernoviç vilayəti üzrə idarəsi özünün Facebook səhifəsində müvafiq bəyanat yayıb.

Paylaşımdan belə çıxır ki, Çernoviç şəhərinin rayon məhkəməsi siyasətçini Ukrayna sərhədlərinin dəyişdirilməsi məqsədi ilə törədilmiş hərəkətləri maliyyələşdirməkdə təqsirli bilib. Buna əsasən, Məlikova qiyabi həbs cəzası verilib.

SBU-nun qeyd etdiyi kimi, Dağıstanın rəhbəri rus qoşunlarına hərtərəfli dəstək verməklə yanaşı, həmvətənlərini də buna çağırır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada