12 -ci mərtəbədən yıxılan yaş yarımlıq qız sağ qaldı

12 -ci mərtəbədən yıxılan yaş yarımlıq qız sağ qaldı
09:40

Rusiyada maraqlı hadisə baş verib. Belə ki, balaca qız binadan yıxılsa da sağ qalıb. Bu barədə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası üzrə İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Vladiqafqazda azyaşlının xəsarət alması halları müəyyənləşdirilir. Qız ağcaqanad toru ilə birlikdə pəncərədən aşağı düşüb. 


Hadisə mayın 23-də Kesayeva küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Yaş yarımlıq balaca qız böyüklərin nəzarətindən kənarda qalıb və pəncərəyə çıxıb. Uşaq ağcaqanad toruna söykənərək onunla birlikdə 12-ci mərtəbədən yıxılıb.


"Zərərçəkən sağ qalıb və xəstəxanaya yerləşdirilib. Qızın vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil. Respublika İstintaq Komitəsi və prokurorluq hadisə ilə bağlı araşdırma aparır", - məlumatda qeyd edilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada