Tramp 10 yeni nüvə reaktorunun tikintisini əmr edib

Tramp 10 yeni nüvə reaktorunun tikintisini əmr edib
10:05

ABŞ prezidenti Donald Tramp 2030-cu ilə qədər ölkədə 10 yeni nüvə reaktorunun tikintisinə dair göstəriş verib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.


"Söhbət böyük nüvə obyektlərindən gedir. Biz bu sahədə texnologiya, təhlükəsizlik və xərc baxımından uzun bir yol qət etmişik.  Düşünürəm ki, bu baxımdan bizim tayı-bərabərimiz olmayacaq. Artıq nüvə energetikasının vaxtı çatıb", - Amerika lideri bildirib.

Tramp həmçinin mövcud reaktorlarda elektrik enerjisi istehsalının 5 GVt artırılmasına göstəriş verib. Bundan əlavə, Ağ Evin rəhbəri Pentaqonun ehtiyacları üçün bağlanmış atom elektrik stansiyalarının işə salınması imkanlarına yenidən baxılmasını tapşırıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada