İtkin düşmüş kimi axtarılan 3 nəfər tapıldı

İtkin düşmüş kimi axtarılan 3 nəfər tapıldı
24 May 2025 12:58

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılıb. 

News365.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. 

Məlumata görə, mayın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada