Ağ Ev Milli Təhlükəsizlik Xidmətinin 100 əməkdaşı işdən çıxarıldı

Ağ Ev Milli Təhlükəsizlik Xidmətinin 100 əməkdaşı işdən çıxarıldı
10:10

ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin Milli Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərib. Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb. Nəşr mənbəsinə istinad edib.

“Təxminən saat 16:20-də Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri Brayan Makkormak elektron məktub göndərərək, işdən çıxarılan işçilərə iş otaqlarını boşaltmaq üçün 30 dəqiqə vaxtlarının olduğunu bildirib”, – məqalədə deyilir.

Telekanalın məlumatına görə, həmin məktubda işçilərə həmin gün işdə olmadıqları təqdirdə əşyalarını götürə biləcəkləri bildirilib.

Mart ayında ABŞ Hökumətinin Effektivliyi İdarəsi (DOGE) də ABŞ Sülh İnstitutunun baş qərargahında kütləvi ixtisarlar həyata keçirmişdi. “The Washington Post”un məlumatına görə, həmin vaxt təxminən 200-300 işçi ixtisar bildirişi alıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada