Britaniyalı teleaparıcı Elli Kostello diqqət çəkən açıqlamalar verib. O, GB News-a deyib ki, bir dəfə restoranlardan birindən suvenir oğurlayıb. Bu barədə express.co.uk məlumat yayıb.
Kostello və onun həmkarı Stiven Dikson məşhur aşpaz Qordon Remzinin onun London restoranlarındakı masalardan 500-dən çox pişik heykəlciklərinin oğurlanması barədə şikayətini müzakirə edib. Dikson belə bir hərəkətə heç də təəccüblənmədiyini etiraf edib və Kostello deyib ki, o da qonaqların yerində olsaydı, bu "qızıl" pişiklərdən birini əl çantasına qoyardı.
Kostello oxşar hadisənin onun da başına gəldiyini qeyd edib.
“Bir restoran var ki, onun adını çəkməyəcəyəm. Amma masada kiçik qızıl balıq var idi və bu, çox şirin idi. Yəqin ki, mən təsadüfən onlardan birini çantama qoymuşdum",- deyə teleaparıcı hadisəni xatırladıb.
Kostello bu suveniri hələ də evində rəfdə saxlayır.
Tural