Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya mümkün hücumlara, o cümlədən Qələbə Paradını pozmaq təhlükəsinə eyham vurduğu bəyanata cavab verib.
News365.az xəbər verir ki, Zaxarova Zelenskinin sözlərini Kiyevin terror siyasətinin birbaşa sübutu adlandırıb və onu sülh təşəbbüslərini pozmaqda ittiham edib.
“Kiyev rejimi sözün əsl mənasında terror aktları planlaşdırdığı halda ondan hansı “atəşkəs”dən danışmaq olar”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna liderinin oxşar bəyanatları bir daha təsdiqləyir ki, məhz Zelenski və onun radikal ətrafı sülh təşəbbüslərinə mane olur.
Xatırladaq ki, daha əvvəl Zelenski mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum etmək istəyinə eyham vurmuşdu.
O, Rusiya rəhbərliyinin tədbirin təhlükəsizliyinə şübhə ilə yanaşdığını qeyd edərək, bu narahatlıqların əsaslı olduğunu vurğulayıb. Bundan əlavə, Zelenski deyib ki, Rusiya tərəfi Ukrayna ərazisində davam edən hərbi münaqişəyə daha çox diqqət yetirməlidir.