Moskvada dəhşət: azərbaycanlı ər-arvad pəncərədən atıldı

Moskvada dəhşət: azərbaycanlı ər-arvad pəncərədən atıldı
11:08

Rusiyanın paytaxtında faciəvi hadisə baş verib.

Moskvada yerləşən yaşayış komplekslərindən birinin həyətində azərbaycanlı ailənin – ər və arvadın meyitləri aşkarlanıb.

Məlumata görə, hadisə Yeni Moskva ərazisindəki “Salarievo-Park” yaşayış massivində qeydə alınıb. Həlak olanların Vasif və Aygün adlı həyat yoldaşları olduğu bildirilir. Onların pəncərədən özlərini atdıqları ehtimal edilir.

Ən sarsıdıcı məqam isə faciənin ailənin 5 yaşlı övladının gözü qarşısında baş verməsidir. Hadisə zamanı uşaq evdə olub və hazırda onunla psixoloqlar işləyir. Ümumilikdə ailənin üç azyaşlı övladı qalıb.

Məlumata əsasən, cütlük geyim və alt paltarı mağazasının sahibi olub. Biznes fəaliyyətlərinə əvvəlcə Xantı-Mansiysk Muxtar Dairəsində başlayıblar, daha sonra Moskvaya köçərək evlərinin yaxınlığında mağaza açıblar.

Faciənin motivi hələlik açıqlanmır, hüquq-mühafizə orqanları araşdırma aparır.

 Musavat.com

63e3669b-6a78-45ff-9475-90a5acf59ee2.jpg (188 KB)


Sizin reklam burada
Sizin reklam burada