Ağdaşda 28 yaşlı qadın itkin düşüb

Ağdaşda 28 yaşlı qadın itkin düşüb
19:40

Ağdaşda 28 yaşlı qadın itkin düşüb. 

DİN-in Mətbuat xidmətinin regional qrupundan News365.az-a verilən xəbərə görə, Ağdaş rayon sakini 28 yaşlı Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

A.Həsənovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara şalvar və yaşıl rəngli gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-451-69-52 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Sizin reklam burada
Sizin reklam burada