Bakıya gətirilərkən yolda öldü - FOTO

Bakıya gətirilərkən yolda öldü - FOTO
12:06

Ötən gün Beyləqanda baş verən ağır qəzada yaralanan sürücü həyatını itirib.

News365.az xəbər verir ki, rayonun Yeni Xocavənd qəsəbəsində baş verən qəzada yaralanan Sabunçu rayon sakini Quliyev Xəqani Xalqəddin oğlu Bakıdakı xəstəxanaya gətirilərkən yolda ölüb.

“Hyundai” markalı avtomobilin ağaca çırpılması nəticəsində yaralanan 2009-cu il təvəllüdlü Əliyev Nahid Rüstəm oğlu və Rüstəmzadə Ömər Qədir oğlunun müalicəsi isə davam etdirilir.

Nahid Əliyev Bakıda özəl klinikiya yerləşdirilib. Ömər Rüstəmzadənin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində aparılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada