“Dünyanın gözü Moldovada baş tutan seçkilər və ən əsası,
referendumun nəticələrindədir. Həm seçkilər, həm də referendumun nəticələri
moldovanların hazırda iki yerə parçalandıqlarını və mütləq çoxluğun olmadığını
göstərdi”.
News365.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, referendumda Moldova sakinlərindən
“Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya
dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına cavab vermələri istənilib:
“Plebisitin
etibarlı hesab edilməsi üçün seçki siyahılarına daxil olanların üçdə birinin
orada iştirak etməsi lazım idi. Müvəffəqiyyətli olarsa, konstitusiyanın
preambulasına bu sözlər əlavə olunacaqdı: “Moldova Respublikası xalqının
avropalı kimliyini və Moldova Respublikasının Avropa kursunun dönməzliyini təsdiq
edərək, Avropa İttifaqına inteqrasiyanı strateji əhəmiyyət kəsb edən elan etməklə.
Moldova Respublikasının məqsədi”. Əsas Qanun, həmçinin Moldovanın Aİ-nin təsisçi
müqavilələrinə qoşulmasının parlament qanunu ilə müəyyən ediləcəyini bildirən
yeni bölmə ilə tamamlanacaqdı. Orada həmçimin göstərilirdi ki, "bu müqavilələr
və hüquqi aktlar daxili qanunvericiliyin ziddiyyətli müddəalarından üstün
olacaq" .
Yaş qrupları
və şəhər - rayonlar arasında seçicilərin əhvalı.
Bu
referendum,həm də, muxtar respublikalarda maraqlı nəticələri ilə yadda qalıb.
Qaqauziyada əhalinin 90 % çoxu Aİ- yə yox deyərkən (gözlənildiyi kimi),
Dnestryanı ərazidə iştirakçıların cəmi 60%-dən çoxu Qərbə yox deyib. Cəmi
sözünü ona görə qeyd edirəm ki, Dnestryanı ərazi adəti üzrə Rusiyaya yaxınlığı
ilə seçilir və yəgin ki, bu nəticələr bir qədər təəcüblüdür. ( səbəbləri
haqqında növbəti dəfə).
Digər
maraqlı, əslində isə, gözlənilən nəticə paytaxt Kişinyovla bağlıdır. Burada əhalinin
daha çox hissəsi Sanduya, əksəriyyəti isə, referendumda Aİ - yə üzvlüyə səs
verib. Əgər gecə saatlarında artıq bir çoxları referendumun nəticələri üzrə
"lehinə" və "əleyhinə" arasında fərqin 10- 15 % olacağını
düşünürdülərsə, erkən səhər saatlarında paytaxtdakı nəticələrin
hesablanmasından sonra "hə" və "yox" deyənlər arasında fərq
demək olar ki, bərabərləşdi.
Yeri gəlmişkən,
burada ən maraqlı məqam ondan ibarətdir ki, əgər seçki qutularının 90% açılarlən
səslər arasında fərq 54 % əleyhinə, 46 % lehinə idisə, 96 % protokolların
hesablanmasından sonra nəticələr müvafiq olaraq 51 - 49 göstərirdi. Bakı vaxtı
ilə saat 10.00 da isə, səslər demək olar ki, bərabərdir. Müxalifət MSK - nı
günahlandırsa da, hakimiyyət paytaxt və diasporanın nəticələrə təsir etdiyi
qeyd edir.
Keçək yaş
qruplarına.
18-25 yaşlı
gənclər sensasiya yaradıb. Əgər əvvəllər onların iştirakı haradasa maksimum
40-45% civarında idisə, bu seçkilərdə - 60% iştirak var. Bu nəhəng sıçrayış
yeni nəslin ölkənin gələcəyinə marağının artmasından xəbər verir.
56-75 yaş
arası yaşlılar qeyri-adi fəallıq nümayiş etdirdilər. Bu yaş qrupunun 80%-dən
çoxu səsvermədə iştirak etdi. Bu hal ölkə üçün çox vacib siyasi qərarların
alınacağı seçki və referendumda onların öz mövqelərini nümayiş etdirməsini göstərdi.
Çox güman ki, bu yaş kateqoriyasında olan insanların bu dəfə daha kütləvi halda
iştirak etməsi həm seçkinin, həm də referendumun nəticələrinə təsir edən amillərdən
biridir.
Beləliklə, əgər
prezident seçkilərində Qərb və Rusiyapərəst namizədlər arasında fərq yarı -
yarıya deyil, nisbi çox formasında oldusa, referendumun nəticələri vətəndaşları
tam olaraq 50 - 50 -yə böldü. Bu, həm də, insanların plebissitə daha həssaslıqla
yanaşması ilə bağlıdır. Çünki, söhbət təkcə Moldovanın Aİ üzvü olmasından
deyil, hansı ərazilərlə Qərbin ən vacib institutunun üzvü olmasından gedir.
Nəticələr
bir daha göstərdi ki, Gürcüstanda, Ukraynada, Ermənistanda olduğu kimi
Moldovada da cəmiyyət iki hissəyə parçalanıb. Böyük ehtimalla, Moldovanın gələcəyi
Ukraynadakı vəziyyət sabitləşdikdən sonra məlum olacaq. Ya parçalanan Moldovanı
görəcəyik, ya da digər Moldovanı”.
News365.az