Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması narahatlıq doğurur.
News365.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, təşkilat Konqo Demokratik Respublikasının şərqində Ebola virusunun yayılmasının “miqyası və sürəti”ndən ciddi narahatdır.
Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, son epidemiya dalğası zamanı 131 şübhəli ölüm faktı və 513 mümkün yoluxma halı qeydə alınıb.
Məlumata əsasən, ÜST məsələ ilə bağlı bu gün Geneva şəhərində fövqəladə iclas keçirəcək. Burada epidemiyanın yaratdığı risklər və görüləcək tədbirlər müzakirə olunacaq.