Canlı efirdə duetlərini oxuyub AĞLADILAR - VİDEO

Canlı efirdə duetlərini oxuyub AĞLADILAR - VİDEO
17:58

Əməkdar astist Elza Seyidcahan və Ramal "Sus" adlı yeni mahnı ilə dinləyicilərin qarşısına çıxıblar.

News365.az xəbər verir ki, Elza Seyidcahanın bəstələdiyi mahnının sözləri Nuridə Atəşiyə məxsusdur. Duyğusal atmosferi və fərqli ifa tərzi ilə seçilən mahnı qısa müddətdə dinləyicilərin marağına səbəb olub.

İfa zamanı sənətçilərin kövrəlməsi də diqqətdən yayınmayıb. Elza Seyidcahan və Ramal mahnını səsləndirərkən hisslərinə hakim ola bilməyərək duyğulu anlar yaşayıblar. Onların göz yaşları izləyiciləri də təsirləndirib.

Yeni duet sosial şəbəkələrdə geniş müzakirə olunur. İzləyicilər xüsusilə Elza Seyidcahanın fərqli musiqi üslubunu və Ramalla olan duet uyğunluğunu yüksək qiymətləndirirlər.

Musa
Milli.Az


Sizin reklam burada
Sizin reklam burada