WUF13-də ağıllı şəhər inkişafına investisiya çağırışı edilib

WUF13-də ağıllı şəhər inkişafına investisiya çağırışı edilib
15:43

G20 ölkələri arasında Cənub–Cənub əməkdaşlığının və bilik mübadiləsinin gücləndirilməsi vacib istiqamətlərdən biri kimi qeyd olunub.

News365.az-ın xəbərinə görə, bu barədə danışan D-8 İqtisadi Təşkilatının Baş katibi Sahil Mahmud bildirib ki, bu çərçivədə Tokioda fəaliyyət göstərən G20 Enerji və İqlim Mərkəzinin siyasət dialoqu, texniki əməkdaşlıq, tədqiqatlar və potensialın artırılması üçün platforma rolu oynayıb.

Eyni zamanda, o ağıllı şəhər inkişafının sürətləndirilməsi məqsədilə investisiyaların və beynəlxalq tərəfdaşlıqların səfərbər edilməsi, o cümlədən beynəlxalq maliyyə institutlarının prosesə cəlb olunması vacib istiqamət kimi vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada